Azərbaycanın Baş Naziri
"Report" xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli Əskər Uzakpayeviç, Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbərdən olduqca kədərləndim.
Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.