Baş Nazir koronavirusun iqtisadiyyata təsirindən danışdı

Baş Nazir koronavirusun iqtisadiyyata təsirindən danışdı Hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir.
Daxili siyasət
9 Aprel , 2020 15:41
Baş Nazir koronavirusun iqtisadiyyata təsirindən danışdı

"Hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir". 

"Report" xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatı ilə əlaqədar çıxışında deyib.

"Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və bu alətlərdən çevik istifadə olunacaq", - Baş Nazir bildirib.

Son xəbərlər

Orphus sistemi