Balakəndə polisin reydlərinə könüllülər də qoşuldu

Balakəndə polisin reydlərinə könüllülər də qoşuldu Balakən rayonunda könüllülər koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin vətəndaşlar arasında geniş təbliğ olunması məqsədilə polis əməkdaşları ilə birgə maarifləndirmə
Daxili siyasət
13 Dekabr , 2020 19:45
Balakəndə polisin reydlərinə könüllülər də qoşuldu

Balakən rayonunda könüllülər koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin vətəndaşlar arasında geniş təbliğ olunması məqsədilə polis əməkdaşları ilə birgə maarifləndirmə tədbirlərinə qoşulublar.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, könüllü gənclər COVID-19 virusundan qorunma üsulları, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat əks etdirilən bukletləri vətəndaşlara təqdim ediblər. Həmçinin koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat veriblər. Könüllülər və polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi