Bakıda “The Business Year” jurnalının xüsusi buraxılışının təqdimat mərasimi keçirilib - FOTO

Bakıda “The Business Year” jurnalının xüsusi buraxılışının təqdimat mərasimi keçirilib - FOTO “The Business Year” şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib
Daxili siyasət
25 May , 2016 19:51
Bakıda “The Business Year” jurnalının xüsusi buraxılışının təqdimat mərasimi keçirilib - FOTO

Bakı. 25 may. REPORT.AZ/ Bakıda Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı və Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə jurnalın “The Business Year: Azerbaijan – 2016” xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə jurnalın baş redaktoru Leland Rays, direktoru xanım Betül Çakaloğlu, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər rəsmi qonaqlar iştirak edib.

Təqdimat mərasimində çıxış edən “The Business Year” jurnalının direktoru Betül Çakaloğlu jurnalın fəaliyyəti barədə məlumat verib. Direktor Azərbaycanla bağlı fikirlərini bölüşüb, aparılan siyasəti müsbət qiymətləndirib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, “The Business Year” Azərbaycanın salnaməsini dünyaya çatdırır: “Siyasətçilərin işi tarixi yaratmaqdır. Jurnalistlərin işi bunu dünyaya çatdırmaqdır. Bu istiqamətdə “The Business Year” jurnalı bu işi layiqincə yetirir”.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanda görülən işlərdən danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, “The Business Year” şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.

Son xəbərlər

Orphus sistemi