Yuxarı
    Bağlamaq

    Bakıda polis bölməsinin rəisi nöqsanlara görə işdən çıxarılıb

    O, daxili işlər orqanlarında sərəncama götürülüb

    Bakı. 3 mart. REPORT.AZ/ Bakıda polis bölmələrindən birinin rəisi işdən çıxarılıb.

    “Report” xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov işində verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

    O, daxili işlər orqanlarında sərəncama götürülüb.

    Bölmə rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini polis mayoru Bəhruz Əliyevə tapşırılıb. Bəhruz Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin oğludur

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi