Azad Rəhimov könüllülərdən danışdı

Azad Rəhimov könüllülərdən danışdı Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib.
Daxili siyasət
27 Fevral , 2020 12:54
Azad Rəhimov könüllülərdən danışdı
Azad Rəhimov / Report

Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib.

"Report" xəbər verir ki, tədbirdə 42 ölkədən 80-dək nümayəndə heyəti iştirak edib.

“Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkil etdiyi forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviqi və onların beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. 

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, könüllülük hərəkatının 100 ildən çox tarixi var: “İlk vaxtlar könüllülər əsasən hərbçilərdən ibarət idi və onlar xilasetmə, dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipləri dəyişib, könüllülər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrə cəlb edilirlər”.

Nazir vurğulayıb ki, Azərbaycan könüllülük fəaliyyətini aktiv dəstəkləyən ölkələrdən biridir: “2009-cu ildə “Könüllülük haqqında” qanun qəbul edilib. Bu gün ölkəmizdə könüllülərin sayı sürətlə artır. Müxtəlif beynəlxalq tədbirlərdə könüllülər fəal iştirak edirlər”.

Daha sonra tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi