Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib.
"Report" xəbər verir ki, tədbiri İCAPP-ın Baş katibi Park Ro-byug açıb və gündəlik barədə məlumat verib.
Azərbaycan Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi
Baş Nazirin müavini vurğulayıb ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir: “Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var".
İCAPP Gənclik Qolunun sədri, Malayziya Parlamentinin üzvü Seri Şahidan bin Kassim Azərbaycana ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində böyük inkişafın şahidi olduğunu, Bakının isə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini söyləyib. O qeyd edib ki, Bakıda keçirilən tədbirdə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər iştirak edirlər: “Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər”.
Gənclər və İdman naziri
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə deyib ki, müasir inteqrasiya, eləcə də davamlı inkişaf prosesində qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması əsas məsələlərdəndir. “Qadın istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə mühiti yaradır, vətənə layiqli vətəndaşlar yetişdirir. Ümumiyyətlə, gender bərabərliyinə nail olmaq, qadınların imkanlarını genişləndirmək inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur”- deyən S.Qəhrəmanova Azərbaycan dövlətinin qadın siyasəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra tədbir panel iclaslarla öz işini davam etdirib.



