“Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə “Bridging the Gap - Youth and Green Jobs Market” (Fərqin aradan qaldırılması - gənclər və yaşıl iş yerləri) mövzusunda ideaton keçirilir.
"Report" xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbir oktyabrın 4-nə qədər davam edəcək.
İdeatonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Birləşmiş Millətlər Təşkilatı İnkişaf programının İnnovasiya rəhbəri (UNDP) Leyla Seyidzadə iştirak edirlər.
Bildirilir ki, yarışda ümumilikdə 15 komanda iştirak edəcək. Gənclərin yaşıl iqtisadiyyata yönəlməsini təşviq edən bu ideathon, gənclərin innovativ fikirlərini və həll yollarını ortaya çıxarmaq üçün mükəmməl bir platforma olacaq.
Tədbirin gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədə daha aktiv rol almalarına və yaşıl iş imkanlarına cəlb olunmalarına dəstək verməsi gözlənilir.
Qeyd edək ki, ideaton gənc yetkinləri inkişaf edən iş bazarı ilə əlaqələndirməyi hədəfləyir və xüsusilə yaşıl iş yerlərinə diqqət yetirir. Dünya davamlı təcrübələrə doğru irəlilədikcə, gəncləri yaşıl karyeralar üçün lazım olan bacarıq və biliklərlə təmin etməyə artan ehtiyac var. Yaşıl iş yerlərinə diqqət yetirməklə, İdeaton bacarıq boşluğunu aradan qaldıraraq daha davamlı gələcəyə töhfə verəcək. Bu tədbir bu boşluğu aradan qaldırmaq üçün innovativ həllər düşünmək məqsədilə tələbələri, təhsilçiləri, sənaye mütəxəssislərini və siyasətçiləri bir araya gətirəcək. Bu, oktyabrın 2-də keçirilən "Yaşıl İqtisadiyyat - Bacarıqlar, Maliyyə və Ədalətli Keçid Çağırışını Qarşılamaq" konfransını tamamlayacaq və xüsusilə Azərbaycanda və regionda gənclərə və Yaşıl İş Bazarına diqqət yetirəcək.