Yuxarı

Bahar Muradova: "Bizim sakit dayanmağa haqqımız yoxdur"

Etiraf edək ki, ermənilərin qondarma “soyqırım”ının tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik

Bakı. 23 aprel. REPORT.AZ/ "Erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmalı və onların dediklərinin həqiqət olmadığını sübuta yetirməliyik". “Report” xəbər verir ki, bunu "Uydurma “1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda keçirilən konfransda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, hər kəs ilk növbədə tarixi faktları və real vəziyyəti nəzərə almalıdır: “Tarixi faktlar göstərir ki, ermənilərə qarşı heç bir soyqırım törədilməyib. Real vəziyyət isə bundan ibarətdir ki, Avropa dairələri artıq qondarma erməni “soyqırımı”nı tanımağa çalışırlar. Eyni zamanda bir sıra Avropa dövlətləri Türkiyənin regionda güclənməsindən ehtiyatlanaraq, erməni məsələsindən istifadə etməyə çalışırlar. Bu baxımdan düşünürəm ki, biz beynəlxalq aləmdə öz işimizi gücləndirməliyik. Diasporlar vasitəsilə ermənilərin yalanlarına qarşı öz təbliğatımızı aparmalıyıq”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün qondarma “soyqırımı” tanıyanların keçmiş nəsilləri vaxtı ilə Osmanlı dövlətini işğal etmək istəyənlərdir: “Biz şəxsi işlərimizi kənara qoyaraq, daha çox qlobal şəkildə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Daha güclü olmalıyıq. Etiraf edək ki, ermənilərin qondarma “soyqırım”ının tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik. Bu proses başlanıb və davam edir. Buna görə də bizim sakit dayanmağa haqqımız yoxdur. Birlikdə bu işin qarşısını almalıyıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi