Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində səsvermə prosesi davam edir

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində səsvermə prosesi davam edir Ankara. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində səsvermə prosesi davam edir.
Daxili siyasət
11 Aprel , 2018 11:47
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində səsvermə prosesi davam edir
Report

Ankara. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində səsvermə prosesi davam edir.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycan vətəndaşlarının prezident seçkilərində iştirakı üçün diplomatik nümayəndəliklərdə məntəqələr yaradılıb.

Azərbaycanın Ankaradakı səfirliyində və İstanbulda ölkəmizin Baş Konsulluğunda səsvermə Türkiyə vaxtilə saat 08:00-da başlayıb.

Azərbaycanın İstanbuldakı baş konsullu Məsim Hacıyev səsvermədə iştirak edib. Eyni zamanda Azərbaycanın Türkmənstandakı səfiri Həsən Zeynalov da İstanbulda 53 saylı seçki məntəqsində səs verib.

Səsvermədə Ankara və çevrə şəhərlərdə yaşayan 728 səfirlik qeydiyyatında, 906 konsulluq qeydiyyatında olan vətəndaşlar iştirak edirlər.

Səfirlik və konsulluğun önündə qeydiyyatda olan vətəndaşların siyahıları vurulub. Səsvermədə aktivlik müşahidə olunur.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi