Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşaya səfəri başlayıb

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşaya səfəri başlayıb Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.
Daxili siyasət
13 Sentyabr , 2021 10:50
Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşaya səfəri başlayıb

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində erməni vandalizminin acı nəticələri, tarixi-mədəni abidələrlə, eləcə də aparılan bərpa-quruculuq işləri ilə tanış olcaqlar.

Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

Son xəbərlər

Orphus sistemi