Azərbaycanın birinci xanımı amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

Azərbaycanın birinci xanımı amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib Amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq
Daxili siyasət
17 May , 2016 15:33
Azərbaycanın birinci xanımı amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib.

"Report"un xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir.

10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq.

M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi