Səfir Eleonora Hüseynova vəfat edib

Səfir Eleonora Hüseynova vəfat edib Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.
Daxili siyasət
22 Yanvar , 2019 09:08

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.

“Report” xəbər verir ki, E.Hüseynova 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı.

Son xəbərlər

Orphus sistemi