Yuxarı

​Azərbaycanda məhkəmə sədri vəzifəsindən azad olunması üçün ərizə yazıb

Fikrət Məmmədov onun ərizəsini qəbul edib

Bakı. 27 fevral. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədr əvəzi Müseyib Hüseynov vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb.

“Report”un xəbərinə görə, ərizə sənədi Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanıb.

F.Məmmədov ərizəni qəbul edib.

M.Hüseynov ərizəsində səhhəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini istəyib.

Gələn həftə Milli Məclisdə onun vəzifəsinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, M.Hüseynov 2011-ci il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində çalışıb. Bu il yanvarın 1-dən indiyədək həmin məhkəmənin sədr əvəzidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi