Azərbaycanda matəm elan olunub - YENİLƏNİB

Azərbaycanda matəm elan olunub - YENİLƏNİB Prezident İlham Əliyev SOCAR şirkətinə məxsus dəniz özülündə ölənlərin xatirəsinə Azərbaycanda bir günlük matəm elan edib
Daxili siyasət
6 Dekabr , 2015 13:29
Azərbaycanda matəm elan olunub - YENİLƏNİB

İlk xəbər saat 11:39-də verilib

Bakı. 6 dekabr. REPORT.AZ/ SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ölkə ərazisində matəm elan edib.

"Report"un məlumatına görə, dövlət başçısı tərəfindən imzalanan Sərəncamda deyilir:

"2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:

2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin".

Son xəbərlər

Orphus sistemi