Azərbaycanda Korrupsiyaya qarşı Mübarizənin IV Raund Qiymətləndirilməsi ilə bağlı hesabat tədbiri keçirilib - YENİLƏNİB-2

Azərbaycanda Korrupsiyaya qarşı Mübarizənin IV Raund Qiymətləndirilməsi ilə bağlı hesabat tədbiri keçirilib - YENİLƏNİB-2 Tədbirdə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər
Daxili siyasət
20 Fevral , 2017 14:26
Azərbaycanda Korrupsiyaya qarşı Mübarizənin IV Raund Qiymətləndirilməsi ilə bağlı hesabat tədbiri keçirilib - YENİLƏNİB-2

*** saat 11:47

Bakı. 20 fevral. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundunun Azərbaycan üzrə hesabatı açıqlanıb.

“Report”un xəbərinə görə, hesabat tədbirində dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Təşkilatın Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsi, Azərbaycan Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək deyib ki, ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülən işlərdən danışıb.

Sonra çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir.

Çıxış edən OECD-nin rəsmiləri Tatyana Xvanska və Rusudan Mikelidze qurumun hesabatını təqdim ediblər. Onlar həyata keçirilən genişmiqyaslı və sistemli hüquqi, institusional və inzibati islahatlar nəticəsində Azərbaycan Respublikasında beynəlxalq standartlara cavab verən antikorrupsiya qanunvericiliyinin formalaşdırılması, korrupsiyanın qarşısının alınması və bu sahədə cinayət təqibinin həyata keçirilməsi, eləcə də dövlət qulluğunda və məhkəmə hakimiyyəti sistemində şəffaflığın artması, informasiya əldə olunması, təhsil, gömrük və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahələrində əhəmiyyətli uğurlar əldə edilməsini müsbət iş təcrübəsi kimi xüsusi vurğulayıblar.

Bildirilib ki, hazırki IV Monitorinq Raundu üzrə hesabatda antikorrupsiya siyasəti, korrupsiyasının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlər və korrupsiyaya görə cinayət məsuliyyəti, dövlət qulluğunda şəffaflıq, biznesdə dürüstlük istiqamətlərində Azərbaycanda həyata keçirilən islahatların möhkəmləndirilməsi və əməkdaşlığın gücəndirilməsinə istiqamətlənmiş 31 yeni tövsiyə, o cümlədən təhsil sahəsində 11 yeni tövsiyə əksini tapıb.

Həmin tövsiyələrin əksəriyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiqlənən Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planının müddəaları ilə uyğunluq təşkil etdiyi vurğulanıb.

Sonda dövlət qurumlarının nümayəndələri hesabatla bağlı fikirlərini bildiriblər.

*** saat 11:01

Bakı. 20 fevral. REPORT.AZ/ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə və Sahibkarlıq Məsələləri İdarəsinin Korrupsiyaya qarşı Mübarizə bölməsinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsi tərəfindən Azərbaycanda Korrupsiyaya qarşı Mübarizənin IV Raund Qiymətləndirilməsi ilə bağlı hesabat tədbiri keçirilir.

“Report”un xəbərinə görə, tədbirdə Azərbaycanın dövlət qurumlarının - Baş Prokurorluğun, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın nümayəndələri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi