Yuxarı

​Azərbaycanda “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiqlənib

Prezident İlham Əliyev fərman imzalayıb

Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərman imzalayıb. “Report”un xəbərinə görə, fərman qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə verilib.

Sənədlə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiqlənib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, ictimai asayişin qorunmasına vətəndaşların cəlb edilməsi ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Daxili İşlər Nazirliyinə vətəndaşların ictimai asayişin qorunmasında iştiraka cəlb edilməsi üçün zəruri tədbirlər görsmək tapşırığı verilib.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi