Azərbaycanda bir sıra nazirliklərə və dövlət komitələrinə rəhbər təyinatı olunmayıb

Azərbaycanda bir sıra nazirliklərə və dövlət komitələrinə rəhbər təyinatı olunmayıb Bakı. 21 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
21 Aprel , 2018 17:45
Azərbaycanda bir sıra nazirliklərə və dövlət komitələrinə rəhbər təyinatı olunmayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, yeni tərkibdə bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib.

Belə ki, Azərbaycan səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.

Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə sədr təyinatı olmayıb.

Son xəbərlər

Orphus sistemi