Yuxarı

Milli Məclis bir neçə məhkəməyə yeni hakimlərin təyin edilməsini nəzərdə tutan layihəni qəbul edib - YENİLƏNİB

Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclis Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin edilməsi haqda layihəni qəbul edib. 

"Report" xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək. 

Eyni zamanda, Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunacaqlar.

*** 11:53

Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək. 

“Report” xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.  

Layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdiriləcək. O, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək.

Eyni zamanda, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələrinə hakimlər təyin ediləcək. Belə ki, Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi