Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır

Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir
Daxili siyasət
30 Mart , 2017 17:22
Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır.

"Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Cinayət Məcəlləsinə əsasən, hazırda müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma əməlinə görə 500 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Dəyişiklik layihəsində cərimənin miqdarının 2 min manatdan 4 min manatadək artırılması təklif edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi