Azərbaycana yeni minatəmizləmə avadanlıqları gətiriləcək

Azərbaycana yeni minatəmizləmə avadanlıqları gətiriləcək “Prezidentin tapşırığına uyğun olaraq ötən ildən yeni alətlər və avadanlıqları ölkəyə gətirmişik. Hazırda bu proses bu gün də davam edir”. “Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistl
Daxili siyasət
5 sentyabr 2022 08:37
Azərbaycana yeni minatəmizləmə avadanlıqları gətiriləcək
Vüqar Süleymanov

"Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən bəri yeni minatəmizləmə alətləri və avadanlıqlarını Azərbaycana gətirmişik. Hazırda proses bu gün də davam edir".

“Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi Azərbaycana çatdırılıb: "İlin sonunadək avadanlıqların qalan hissəsi ölkəyə gətiriləcək. ANAMA bu gün inkişaf edir və potensialı, işçi qüvvəsi artır. Lazım olduğu təqdirdə yeni avadanlıqlar da ölkəyə gətiriləcək".

Son xəbərlər

Orphus sistemi