Yuxarı

​Azərbaycan və Rusiya I Avropa Oyunları zamanı təhlükəsizlik tədbirlərini müzakirə edib

Müzakirələr Eldar Mahmudov və Nikolay Patruşev arasında baş tutub

Bakı. 12 may. REPORT.AZ/ Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, tərəflər, həmçinin gələcəkdə mütərəqqi və hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Patruşev işgüzar səfəri zamanı Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ilə də görüşüb.

"Həmsöhbətlər terrorçuluq və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən I Avropa Oyunları çərçivəsində kütləvi tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirlərini müzakirə ediblər", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi