Azərbaycan və Rusiya FHN-ləri elektrik, qaz və rabitə xətlərinin bərpası məsələlərini müzakirə edib

Azərbaycan və Rusiya FHN-ləri elektrik, qaz və rabitə xətlərinin bərpası məsələlərini müzakirə edib Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.
Daxili siyasət
1293
20 Noyabr , 2020 14:45
Azərbaycan və Rusiya FHN-ləri elektrik, qaz və rabitə xətlərinin bərpası məsələlərini müzakirə edib
0 : 00
0 : 00

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev noyabrın 20-də Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Azərbaycan FHN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi