Anar Bağırov: "Vəkillərin İntizam Komissiyasının fəaliyyətinin ictimailəşdirilməsi vacibdir"

Daxili siyasət
  • 13 sentyabr, 2023
  • 19:09
Anar Bağırov: Vəkillərin İntizam Komissiyasının fəaliyyətinin ictimailəşdirilməsi vacibdir

"Vəkillərin İntizam Komissiyasının fəaliyyətinin ictimailəşdirilməsi vacibdir".

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillərin İntizam Komissiyasının üzvləri ilə görüşdə deyib.

Görüşdə daxil olmuş şikayət və müraciətlər üzrə intizam icraatının icra vəziyyəti, İntizam işlərinə baxılması ilə əlaqədar Komissiya ilə Rəyasət Heyətinin qarşılıqlı əlaqəsi və bu kimi digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb.

A.Bağırov intizam icraatları üzrə vəkillər barəsində bir çox hallarda pozuntunun müəyyən edilmədiyi halda bu barədə ictimaiyyətin kifayət qədər məlumatlı olmamasını, geniş yayılmış pozuntular üzrə ümumiləşdirmənin aparılmasının zəruriliyini qeyd edərək intizam icraatları üzrə araşdırmaların daha da keyfiyyətli araşdırılmasına yardım edən məsələlərə toxunub.

Eyni zamanda Anar Bağırov İntizam Komissiyasının rolunu nəzərə alaraq onun fəaliyyətinin ictimailəşdirilməsinin vacib olduğunu bildirib, Rəyasət Heyətində baxılan intizam işləri barəsində qəbul edilmiş qərarlar barəsində məlumat verib.

Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev isə çıxışında Komissiya tərəfindən görülən işlər barədə məlumat verərək Komissiyanın fəaliyyəti ilə əlaqədar cari məsələlərə toxunub, 2023-cü ilə komissiya tərəfindən baxılan intizam icraatları üzrə statistik məlumatları səsləndirib.

44 filmi