Azərbaycan Prezidenti 423 nəfəri əfv edib

Azərbaycan Prezidenti 423 nəfəri əfv edib Sərəncama əsasən ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib
Daxili siyasət
16 Mart , 2017 17:45
Azərbaycan Prezidenti 423 nəfəri əfv edib

Bakı. 16 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq verilib.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Report"a bildirib ki, müvafiq sərəncamla 423 məhkum əfv olunub: "Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 9 nəfər müxtəlif cəzalardan azad edilib, iki məhkumun isə ömürlük cəzası dəyişdirilib". 

Son xəbərlər

Orphus sistemi