Yuxarı

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətləri artırılıb

Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərmana əsasən, dövlət orqanları qeyri-hökumət təşkilatlarına qrantların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırmaqla həyata keçirməlidirlər.

Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi