İlham Əliyev və Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin xüsusi mükafatları təqdim edilib - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin xüsusi mükafatları təqdim edilib - YENİLƏNİB İlham Əliyev mərasimdə nitq söyləyir
Daxili siyasət
29 Sentyabr , 2017 14:10
İlham Əliyev və Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin xüsusi mükafatları təqdim edilib - YENİLƏNİB
President.az

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

"Report"un xəbərinə görə, daha sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib.

Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib.

Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Dövlət başçısı yüksək mükafatlara görə Janez Koçijançiçə və Marius Vizerə təşəkkürünü bildirib.


*** 13:20

Bakı. 29 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

"Report" xəbər verir ki, Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirlər.

Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyir.

Son xəbərlər

Orphus sistemi