Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib

Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib
Daxili siyasət
3 Dekabr , 2016 13:16
Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi