Azərbaycan Prezidenti: “Eyni şəhərdə iki il ərzində həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi rəmzi məna daşıyır”

Azərbaycan Prezidenti: “Eyni şəhərdə iki il ərzində həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi rəmzi məna daşıyır” “Bu oyunlar multikultirazim ideyalarını tərənnüm edir”
Daxili siyasət
23 Dekabr , 2016 14:11
Azərbaycan Prezidenti: “Eyni şəhərdə iki il ərzində həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi rəmzi məna daşıyır”

Bakı. 23 dekabr. REPORT.AZ/ "Bir ölkədə, eyni şəhərdə iki il ərzində həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi rəmzi məna daşıyır".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-da 2016-cı ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.

Prezident  xatırladıb ki, gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Bu oyunlar multikultiralizm ideyalarını tərənnüm edir".

"Bizim idman uğurlarımızın təməlində idmançılarımızın və məşqçilərin fəaliyyəti, eyni zamanda dövlət siyasəti dayanır", - deyən Prezident İlham Əliyev regionlarda idman komplekslərinin tikintisinin davam etdirildiyini vurğulayıb.

Dövlət başçısı idmanın kütləviliyinin təmin edilməsinin daim diqqət mərkəzində saxlanmasının vacibliyini bildirib və növbəti illərdə idmançılarımızın bizi öz qələbələri ilə sevindirəcəyinə əmin olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi