Azərbaycan Prezidenti “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

Azərbaycan Prezidenti “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”ni təsdiq edib Əsasnamə “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanıb
Daxili siyasət
24 Noyabr , 2016 16:15
Azərbaycan Prezidenti “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

"Report"un məlumatına görə, Əsasnamə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Prezidentin 2016-cı il 22 iyun tarixli fərmanına və 2013-cü il 5 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanıb. Əsasnamə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədilə “Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Əsasnamədə qeyd edilir ki, elektron sistemin tətbiqinin məqsədi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsindən, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.

Əsasnamədə elektron sistemin məqsədi və fəaliyyət prinsipləri, elektron sistemin texniki-texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, elektron sistemin funksiyaları, elektron sistemin operatorunun funksiyaları, elektron sistemdən istifadə imkanları, elektron sistemin fəaliyyətinin təşkili kimi müddəalar öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi