Azərbaycan parlamenti deputatlarının tətili başa çatıb

Azərbaycan parlamenti deputatlarının tətili başa çatıb Qanunverici orqanın üzvləri 45 gün məzuniyyətdə olublar
Daxili siyasət
30 Avqust , 2017 09:45
Azərbaycan parlamenti deputatlarının tətili başa çatıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətil başa çatıb.

“Report”un xəbərinə görə, qanunverici orqanın üzvləri 45 gün məzuniyyətdə olublar. 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, deputatlar isə 3 150 manat müavinət alırlar.

Qanunvericiliyə uyğun olaraq, Milli Məclis komitələrinin iclasları sentyabrın 15-də başlayacaq.

Qeyd edək ki, qanunverici orqanın üzvləri tətilə iyulun 15-də çıxmışdılar.

Son xəbərlər

Orphus sistemi