Yuxarı

MSK bələdiyyə seçkilərində saat 10:00-a olan seçici fəallığını açıqlayıb - FOTOLAR

Seçkidə 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində saat 10:00-a olan seçici fəallığının nəticələrini açıqlayıb.

“Report”un məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan saat 10:00-dək ölkə üzrə seçicilərin 10,4 faizi (501, 254 nəfər) səsvermədə iştirak edib.

R.Gülməmmədov bildirib ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə səsvermənin gedişi zamanı baş verə biləcək qanun pozuntuları, qeyri-qanuni hərəkətlərlə bağlı məlumat vermək mümkündür.

Qeyd edək ki, 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Seçkidə 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar.

Seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun da 6 nümayəndəsi müşahidəçi kimi akkreditasiyadan keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi