Azərbaycan 25-29 yaşlı gənclərin əhalidəki faiz göstəricisinə görə Avropa ölkələri arasında birinci yerdədir.
“Report” “The MDS”ə istinadən xəbər verir ki, Avropada 25-29 yaşlı sakinlərin ümumi əhalidəki xüsusi çəkisi göstəricisinə görə Azərbaycan 9,4 faizlə liderdir. Sonrakı yerlərdə 8,9 faizlə Ermənistan, 8,5 faizlə Kipr Respublikası, 8,4 faizlə Malta və Albaniya, 8 faizlə İslandiya qərarlaşıb.
Bütövlükdə, Avropada sözügedən yaşdakı sakinlərin xüsusi çəkisi 6,2 faiz təşkil edir ki, bu göstərici 2010-cu ildə 6,6 faiz olub.
Qeyd olunur ki, “millenial”, yəni minilliyin nəsli deyilən adıçəkilən yaş həddindəki (1990-1994-cü illər təvəllüdlü) gənclər ən çevik, yeniliyə açıq, istehlaka meylli, ən az konformist təbəqə olmaqla qloballaşmanın övladları hesab edilirlər.