Azərbaycan lideri: "Hər şeyi bundan sonra texnologiyalar həll edəcək"

Azərbaycan lideri: "Hər şeyi bundan sonra texnologiyalar həll edəcək" "Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq".
Daxili siyasət
10 May , 2023 10:42
Azərbaycan lideri: Hər şeyi bundan sonra texnologiyalar həll edəcək

"Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialının olduğunu, gələcəyin də məhz bu istiqamətdə inkişaf edəcəyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.

Son xəbərlər

Orphus sistemi