Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyini başa vurub

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyini başa vurub Strasburqda sədrliyin Belçikaya təhvil verilməsi mərasimi olub
Daxili siyasət
105
13 Noyabr , 2014 16:40
Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyini başa vurub

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyini başa vurub. "Report" xəbər verir ki, Strasburqda sədrliyin Azərbaycandan Belçikaya təhvil verilməsi mərasimi olub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nazirlər Komitəsinin iclasında çıxış edib və ölkənin bu qurumda sədrliyinin yekunlarını təqdim edib. 

Xatırladaq ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi bu ilin may ayında qəbul edib. 

Avropa Şurası Nazirlər Komitəsi iştirakçı ölkələrin Avropa Şurası çərçivəsində öz öhdəliklərini necə icra etmələri haqqında qərar qəbul edən siyasi orqandır. Nazirlər Komitəsində qərarlar konsensus əsasında qəbul edilir, lakin bəzi hallarda qərarların qəbul olunması üçün 2/3 səs çoxluğu yetərlidir. 

Belçikanın yaxın yarım il ərzində Nazirlər Komitəsinin sədr ölkəsi qismində prioritetləri sırasına Avropa Şurasının islahatlarının həyata keçirilməsi, xarici əlaqələrin inkişafı (o cümlədən Aİ və ATƏT ilə siyasi məsləhətləşmələr vasitəsilə), əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, Avropada sosial hüquqların inkişafı, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafı daxil olacaq. 

Son xəbərlər

Orphus sistemi