Bir ildə Azərbaycan 24 məhkumun təhvil verilməsi və alınmasını həyata keçirib

Daxili siyasət
  • 05 mart, 2019
  • 12:07
Bir ildə Azərbaycan 24 məhkumun təhvil verilməsi və alınmasını həyata keçirib

Bakı. 5 mart. REPORT.AZ/ 2018-ci il ərzində xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və s. məsələlər üzrə hüquqi yardım, həmçinin ekstradisiya ilə bağlı 20 327 sorğunun icrası üzrə tədbirlər görülüb.

”Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin keçən il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 24 məhkumun təhvil verilməsi və alınması həyata keçirilib.