Azərbaycanda 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

Azərbaycanda 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir
Daxili siyasət
25 Sentyabr , 2017 17:38
Azərbaycanda 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin olunmayacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir.

49.4-cü maddəyə əsasən, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.

Cinayət Məcəlləsindəki dəyişiklik layihəsi Milli Məclisin deputatlarının müzakirəsinə verilib. 

Son xəbərlər

Orphus sistemi