Yuxarı

​Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayının vaxtı məlum olub

Qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayı oktyabrın 18-də keçiriləcək.

Bu barədə "Report"a R.Nurullayev məlumat verib. O bildirib ki, qurultaya hazırlıq prosesi başa çatmaq üzrədir: "Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən bizə 400-500 aktiv gənc qoşulub. Faktiki fəaliyyəti olmayan bir neçə min sıravi üzv də bizə dəstək verir".

R.Nurullayev bildirib ki, qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib: "Biz müraciətdə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini istəmişik. Yəqin ki, icra hakimiyyəti bizə qurultay üçün yer ayıracaq".

Qeyd edək ki, R.Nurullayev AXCP sədri Əli Kərimlinin müavini olub. Ə.Kərimli onu müavin vəzifəsindən uzaqlaşdırdıqdan sonra R.Nurullayev partiyanı tərk edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi