ATƏT PA-nın Azərbaycandakı seçkiləri müşahidə missiyasının tərkibi məlum olub

ATƏT PA-nın Azərbaycandakı seçkiləri müşahidə missiyasının tərkibi məlum olub Missiyanın tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir
Daxili siyasət
5 Aprel , 2018 15:06
ATƏT PA-nın Azərbaycandakı seçkiləri müşahidə missiyasının tərkibi məlum olub

Bakı. 5 aprel. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə missiyasının tərkibi məlum olub.

ATƏT PA-dan "Report"a verilən məlumata görə, aprelin 11-də keçiriləcək Prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək.

Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.

"Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün qürurvericidir. Assambleya həyata keçirilən hər missiyaya böyük əhəmiyyət verir və bütün seçkiləri ATƏT-in 1990-cı ildə qəbul edilmiş Kopenhagen sənədində razılaşdırılmış eyni öhdəliklər əsasında qiymətləndirir", - Marqret Kiner Nellen qeyd edib.

Daha əvvəldən bildirildiyi kimi, ATƏT PA müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) olub.

Son xəbərlər

Orphus sistemi