ATƏT missiyasının koordinatoru: “Seçkiləri müşahidə etmək üçün hər cür imkan var”

ATƏT missiyasının koordinatoru: “Seçkiləri müşahidə etmək üçün hər cür imkan var” “Seçkiləri Azərbaycanın ATƏT-in norma, standart və prinsiplərini həyata keçirmək üzrə öhdəliklərini yerinə yetirməsinin bir hissəsi olaraq Azərbaycan tərəfinin dəvəti çərçivəsində izləməyə gəlmişik”.
Daxili siyasət
9 Fevral , 2020 12:01
ATƏT missiyasının koordinatoru: “Seçkiləri müşahidə etmək üçün hər cür imkan var”
Artur Gerasimov / Report / Sultana Ahmadbayli

“Seçkiləri Azərbaycanın ATƏT-in norma, standart və prinsiplərini həyata keçirmək üzrə öhdəliklərini yerinə yetirməsinin bir hissəsi olaraq Azərbaycan tərəfinin dəvəti çərçivəsində izləməyə gəlmişik”.

“Report” xəbər verir ki, bunu ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Artur Gerasimov deyib.

“Qısamüddətli missiyamızla Azərbaycandayıq. ATƏT missiyasına 41 ölkədən 358 müşahidəçi daxildir. Buraya ATƏT PA, AŞPA və ATƏT DTİHB nümayəndələri daxildir. Müşahidə ATƏT ölkələrində həyata keçirdiyimiz adi təcrübədir”, - o bildirib.

A.Gerasimovun sözlərinə görə, seçki gününə qədər müşahidəçilərə MSK, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar, namizədlər, ekspertlər və digərləri tərəfindən seçkilərə hazırlıqla bağlı ətraflı məlumat verilib.

“Beləliklə, hesabatımızın hazırlanması üçün aydın görüntü əldə etdik və bunu sabah mətbuat konfransında təqdim edəcəyik. Hazırda yüzlərlə müşahidəçimiz Bakı, Sumqayıt, Gəncə və bölgələrdə seçkiləri monitorinq edir. Bütün məlumatlar toplanacaq, təhlil ediləcək və sabah ictimaiyyətə təqdim ediləcək”, - xüsusi koordinator söyləyib.

A.Gerasimov beynəlxalq müşahidəçilərin missiyasını yerinə yetirməsində hər hansı maneənin olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Bir neçə seçki məntəqəsinə baş çəkdik və müşahidə aparmaq üçün hər cür imkan var”.

Son xəbərlər

Orphus sistemi