ATƏT DTİHB missiyasının rəhbəri: "Vəzifəmiz müşahidə və qiymətləndirməkdir, seçki prosesinə müdaxilə etmirik"

ATƏT DTİHB missiyasının rəhbəri: "Vəzifəmiz müşahidə və qiymətləndirməkdir, seçki prosesinə müdaxilə etmirik" Korien Conker: "Seçkilərdə hansısa nəticənin qeydə alınmasında maraqlı deyilik"
Daxili siyasət
9 Mart , 2018 15:40
ATƏT DTİHB missiyasının rəhbəri: Vəzifəmiz müşahidə və qiymətləndirməkdir, seçki prosesinə müdaxilə etmirik
Report/ Firi Salim

Bakı. 9 mart. REPORT.AZ/ "Vəzifəmiz müşahidə və qiymətləndirməkdir, seçki prosesinə müdaxilə etmirik. Seçkilərdə hansısa nəticənin qeydə alınmasında da maraqlı deyilik".

"Report" xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Korien Conker (Hollandiya) Bakıda keçirilən mətbuat konfransında deyib.

O, ATƏT-ə üzv olan bütün ölkələrin, o cümlədən Azərbaycanın seçkiləri ölkənin hüquqi sisteminə uyğun keçirməklə bağlı üzərlərinə öhdəliklər götürdüyünü xatırladıb: "Müşahidələrin yekununda ilkin hesabat dərc edəcəyik və 8 həftə sonra yekun qiymətləndirməni, tövsiyəmizi verəcəyik".

Onun sözlərinə görə, hüququ hissə, KİV-də işıqlandırılma və seçki kampaniyasının gedişatı müşahidənin prioritet məsələlərindəndir.

O qeyd edib ki, missiyanın müşahidəsi ölkənin bütün regionlarını əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi