ATƏT DTİHB missiyasının rəhbəri: "Azərbaycanda keçirilən seçkilər üzrə yekun hesabat iki ay ərzində hazır olacaq"

ATƏT DTİHB missiyasının rəhbəri: "Azərbaycanda keçirilən seçkilər üzrə yekun hesabat iki ay ərzində hazır olacaq" Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 12-də mətbuat konfransında Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsinin nəticələri ilə əlaqədar ilkin bəyanatla çıxış edəcəyik. Azərbaycan hökuməti üçün tövsiyələrin olacağı yekun hesabat iki ay ərzində hazır olacaq.
Daxili siyasət
11 Aprel , 2018 11:24
ATƏT DTİHB missiyasının rəhbəri: Azərbaycanda keçirilən seçkilər üzrə yekun hesabat iki ay ərzində hazır olacaq
Report/ Firi Salim

Bakı. 11 aprel. REPORT.AZ/ "Aprelin 12-də mətbuat konfransında Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsinin nəticələri ilə əlaqədar ilkin bəyanatla çıxış edəcəyik. Azərbaycan hökuməti üçün tövsiyələrin olacağı yekun hesabat iki ay ərzində hazır olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Koryen Yonker deyib.

O, ATƏT DTİHB missiyasının 28 uzunmüddətli müşahidəçisinin seçkiqabağı prosesləri izləmək üçün bu il martın 9-dan Azərbaycana gəldiyini xatırladıb. Ölkənin bütün bölgələrini maksimum əhatə etmək üçün seçki günündə müşahidəni 350 beynəlxalq müşahidəçi həyata keçirir.

"Bir məntəqənin müşahidəsi tam təəssürat yaratmır", - o söyləyib.

K.Yonker qeyd edib ki, ATƏT DTİHB eyni metodologiya ilə işləyir: "Bu, ATƏT üzv ölkələrin hamısında bütün seçki proseslərinin müşahidəsində vahid yanaşmanın təmin edilməsi üçün zəruridir".

Onun sözlərinə görə, missiya digər seçkilərlə paralellər aparmır: "Məqsədimiz seçki prosesini hərtərəfli əhatə etməkdir".

Son xəbərlər

Orphus sistemi