Bakı. 1 iyul. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edəcək.
Dövlət Xidmətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyulun 7-də 11:00-da xidmətin Ucar rayon şöbəsində baş tutacaq.
Qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edə bilər.
Qəbula yazılmaq istəyən vətəndaşlar iyulun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə, bölmələrinə müraciət edə və qeydiyyatdan keçə bilərlər.