Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - FOTO - VİDEO Sabirabad. 15 mart. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də Sabirabad rayonunda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul edib. 
Daxili siyasət
3417
15 Mart , 2018 14:40
Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - FOTO - VİDEO
Report

Sabirabad. 15 mart. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də Sabirabad rayonunda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul edib. 

"Report"un Aran bürosu xəbər verir ki, qəbulda 30-a yaxın vətəndaş iştirak edib.

Qəbulda müraciətlər, əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Eyni zamanda Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədi ilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi