Aran bölgəsində səsvermə davam edir - VİDEO

Aran bölgəsində səsvermə davam edir - VİDEO Hacıqabul rayonunda bələdiyyə seçkiləri ilə bağlı səsvermə davam edir.
Daxili siyasət
23 Dekabr , 2019 09:22
Aran bölgəsində səsvermə davam edir - VİDEO

Hacıqabul rayonunda bələdiyyə seçkiləri ilə bağlı səsvermə davam edir.

"Report"un Aran bürosu xəbər verir ki, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə 49 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqənin 7-si Kürdəmirdə, 42-si isə Hacıqabulda yerləşir. 

Bələdiyyə seçkilərində 46 928 nəfər seçicinin iştirakı gözlənilir. Bunların 654 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Seçki prosesini birbaşa izləmək üçün 8 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkilərə start verilən andan seçicilərin fəallığı müşahidə edilir. Seçkiləri 491 nəfər yerli müşahidəçilər tərəfindən izlənilir.

Səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi