Aqil Qurbanov: "Ağalı sakinləri artıq yeni tikilmiş müasir evlərdə yaşayacaqlar"

Aqil Qurbanov: "Ağalı sakinləri artıq yeni tikilmiş müasir evlərdə yaşayacaqlar" Ağalıya köçürülən sakinlərin hər biri işlə təmin olunur. Onlar dövlət qurumları və ayrı-ayrı təşkilatlarda çalışacaqlar. Köçürülmə prosesi isə yaxın aylarda da davam edəcək.
Daxili siyasət
28 Fevral , 2023 18:05
Aqil Qurbanov: Ağalı sakinləri artıq yeni tikilmiş müasir evlərdə yaşayacaqlar

Ağalıya köçürülən sakinlərin hər biri işlə təmin olunur. Onlar dövlət qurumları və ayrı-ayrı təşkilatlarda çalışacaqlar. Köçürülmə prosesi isə yaxın aylarda da davam edəcək.

"Report" xəbər verir ki, bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov deyib.

“Bugünkü Böyük Qayıdış, eyni zamanda, çərşənbə bayramı münasibətilə hər kəsi təbrik edirəm. Bu gün Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə növbəti köç prosesi həyata keçirilir. Bu mərhələdə 94 nəfərdən ibarət 20 ailə köçürülür. Köç iki gün davam edəcək. Bu gün Ağalıya 50 nəfərdən ibarət 10 ailə gəlib. Martın 3-də ikinci mərhələdə isə 44 nəfərdən ibarət növbəti 10 ailə köçəcək. Köçürülən ailələr əsasən Bakıda yarımçıq tikililərdə, ağır şəraitdə yataqxanada yaşayan sakinlərimizdir. Onlar artıq yeni tikilmiş müasir evlərdə yaşayacaqlar”, - deyə o bildirib.

Ağalıya köçürülən sakinlərin işlə təminatı barədə də danışan Aqil Qurbanov qeyd edib ki, bunun üçün bütün işlər görülüb: “Sakinlərimiz dövlət qurumlarında, ayrı-ayrı xidmət sahələrində, iaşə obyektlərində, kənd təsərrüfatı sahəsində, tekstil fabriki və başqa sahələrdə işləyəcəklər. Ümumilikdə indiyədək 420 nəfərdən ibarət 86 ailə köçürülüb. Sakinlər üçün bütün infrastruktur sahələri tam hazırdır. Məktəb, baxça, poçt xidməti, bank xidməti, eyni zamanda ictimai nəqliyyat istifadəyə verilib. Onu da bildirmək istərdim ki, köç prosesi mərhələli şəkildə növbəti aylarda da davam edəcək”.

Son xəbərlər

Orphus sistemi