Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı.
Daxili siyasət
221
21 Yanvar , 2022 15:04
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb
0 : 00
0 : 00

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə yanvarın 18-də keçirilən iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı.

Artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.

İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini hökumətə təqdim edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi