ANAMA işçi axtarır
Daxili siyasət
- 05 iyun, 2023
- 08:15
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
Agentlikdən "Report"a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.
Məlumata görə, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
- müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
- əmək kitabçasının surəti.
Məlumatda sənəd qəbulunun cari ilin 30 iyun tarixinədək həyata keçiriləcəyi və seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcəyi bildirilib.
Son xəbərlər
14:00
PSJ klubu Yaponiya millisinin qapıçısı Dzion Sudzuki ilə danışıqlara başlayıb
Futbol13:56
Papua-Yeni Qvineyada 6,5 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr13:55
Şahin Bağırov: "Rəqəmsal transformasiya və beynəlxalq standartlar gömrük xidmətinin inkişafını sürətləndirir"
İKT13:50
AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar
İnfrastruktur13:49
Aİ Ermənistanda hibrid təhdidlərə qarşı missiyaya start verib
Region13:44
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
Biznes13:43
ÜGT-nin baş katibi Azərbaycan gömrüyündə rəqəmsal islahatları yüksək qiymətləndirib
İKT13:37
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə yaxın vaxtlarda başlanılacaq
İnfrastruktur13:31