Ali Məhkəmədə apellyasiya və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib

Ali Məhkəmədə apellyasiya və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib Ali Məhkəmədə ölkədə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.
Daxili siyasət
26 May , 2023 23:34
Ali Məhkəmədə apellyasiya və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib

Ali Məhkəmədə ölkədə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Qanunun aliliyinin təmin edilməsi, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolundan bəhs edilib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən iclasda müəyyən təkliflər də səsləndirilib.

Son xəbərlər

Orphus sistemi