Bu gün İsmayılı rayonunda Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib.
"Report" xəbər verir ki, brifinqdə həmin rayonların İcra hakimiyyəti başçıları bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.
Azərbaycan Prezidenti
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib ki, zəlzələ nəticəsində rayonda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.
O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb.
İcra başçısı qeyd edib ki, eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin bərpa və tikintisi həyata keçirilir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, rayon ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb.
T.Məmmədov deyib ki, Şamaxı rayonunda tikiləcək yeni çoxmənzilli yaşayış binalarında 81 ailənin yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti,